Oğurluq edən “Xalq Ulduzu”nun cinayət işində yenilik var

Oğurluq edən “Xalq Ulduzu”nun cinayət işində yenilik var
Bütün Xəbərlər
10:15 08.10.2011
1964

Azərbaycanda külli miqdarda pul oğurluğunda təqsirli bilinən tanınmış muğam ifaçısı Səfa Məmmədovun barəsində başlanmış cinayət işinin materialları Suraxanı Rayon Polis İdarəsindən alınaraq Bakı şəhər Baş Polis İdarəsinin icraatına verilib.

Bu barədə APA-ya Suraxanı Rayon Polis İdarəsindən bildirilib. Məlumata görə, cinayət işinin rayon polis idarəsindən alınaraq baş idarəyə verilməsinə istintaqın obyektiv aparılmaması səbəb olub.

Qeyd edək ki, “Xalq Ulduzu” musiqi yarışmasının iştirakçısı olmuş Səfa Məmmədov 2011-ci ilin iyul ayında Qaraçuxur qəsəbə sakini İlkin Yusifovun mənzilindən 60 min manat və 20 min dollar oğurlamaqda təqsirləndirilir. Uzun müddət davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində S. Məmmədov sentyabrın 27-də tutulub. Sentyabrın 28-də isə barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün S. Məmmədov Suraxanı Rayon Prokurorluğuna aparılıb. Lakin prokuror S. Məmmədovun həbsinə təqdimat vermədiyi üçün o, zaminə buraxılıb.

Məlumata görə, S. Məmmədov oğurladığı pulun 52 min dollarına "Range Rover" markalı maşın alıb.

OXŞAR XƏBƏRLƏR