ABŞ-ın Linkoln şəhərində oğurluq zamanı maraqlı hadisə baş verib.
AZXEBER.COM trend-ə istinadən xəbər verir ki, iki nəfər evlərdən birində oğurluq edəndən sonra, canilərdən biri buzda sürüşərək ayağını sındırıb.
Hadisəni görən şahid polisə bu barədə xəbər verib. Oğrular yük maşınına minərək hadisə yerindən uzaqlaşıblar.
Bununla belə, xəstəxanadan polisə ayağı sınan şəxsin müraciəti ilə bağlı məlumat daxil olub. Xəstəxanaya gələn polis hər iki nəfəri saxlayıb.