Balakən rayonunda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.Balakən Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 4-də Elvin Tosova məxsus kafedən qapını sındırmaq yolu ilə 165 manat pul oğurlayan rayon sakinləri Məhəmməd Zamanov, Hüseyn Məmmədov, Azər Abdullayev və Nazim Zəkəryəyev tutulublar. Onların ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində adı çəkilən şəxslərin iyul ayının 2-dən 10-dək olan müddət ərzində Balakən rayonunda rayon sakinləri Fikrət Alqayevə məxsus mağazadan kompüter hissələri, Qəhrəman Şibilova məxsus mağazadan 120 manat pul, Anar Yəhyayevə məxsus mağazadan isə danışıq kartları və kompüter hissələri oğurladıqları müəyyən edilib.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.