AZXEBER.COM-un prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, beş min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qaraməryəm-İsmayıllı-Şəki magistralı-Qumlaq-Xalxal avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Oğuz Rayon İcra Hakimiyyətinə 4,5 milyon manat ayrılıb.Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.