Oğuzda qəza: Ölən və yaralanan var

Oğuzda qəza: Ölən və yaralanan var
HADİSƏ
23:46 06.09.2025
536
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Kərimli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qadın sürücünün (şəxsiyyəti dəqiqləşdirilir – red) idarə etdiyi "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində avtomobildə olan qadınlardan biri ölüb, digəri isə (hər ikisinin şəxsiyyəti müəyyənləşdirilir - red) xəsarət alıb.

Yaralı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, avtomobilin qəzaya uğramasına səbəb nəqliyyat vasitəsinin qarşısına iribuynuzlu heyvan çıxması olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR