Oğuzda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Bayan kəndi ərazisindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, şəxsiyyəti dəqiqləşdirilməyən piyadanı avtomobil vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.