"Oxuduğum mahnıların bəstəkarlarının ruhu qarşısında utanıram" - Nazim

"Oxuduğum mahnıların bəstəkarlarının ruhu qarşısında utanıram" - Nazim
MAQAZİN
11:42 21.06.2024
215
"Hər adamla efirə çıxmaq, hər adamla oturub söhbət etmək istəmirəm. Çünki bəzi adamlar elə danışırlar ki, sanki Rəşid Behbudovun müəllimi elə bunlar olublar".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Nazim Faytonçu "Duz-istiot" verilişində deyib.
 
O, efirlərdə gec-gec görünməsinə belə aydınlıq gətirib:
 
"Mən verilişə gəlib Elza İbrahimovanın, Tofiq Quliyevin mahnılarını oxuyuram. Amma mənimlə bir verilişə elə bir ifaçını çağırırlar ki, onun ifasından sonra mən bu bəstəkarların ruhu qarşısında xəcalət çəkirəm. Ona görə də hər adamla efirə çıxmaq, hər adamla oturub söhbət etmək istəmirəm. Çünki bəzi adamlar elə danışırlar ki, sanki Rəşid Behbudovun, Şövkət Ələkbərovanın müəllimi bunlar olublar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR