Çoxuşaqlı ailələrin statusu necə olacaq?

Çoxuşaqlı ailələrin statusu necə olacaq?
Bütün Xəbərlər
17:50 22.08.2013
1444

Azərbaycanda “Çoxuşaqlı ailələrə dövlət yardımı haqqında” qanun layihəsinin tezliklə müzakirəyə çıxarılması planlaşdırılır

Milli Məclisdən APA-ya verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan layihə payız sessiyasının sonuna yaxın müzakirəyə çıxarıla bilər. Hazırda qanun layihəsi ətrafında müxtəlif dövlət qurumları, o cümlədən Prezident Administrasiyası tərəfindən müzakirələr aparılır. Müzakirələr tezliklə yekunlaşdırılacaq və qanun layihəsi parlamentin müvafiq komitəsinə təqdim olunacaq. Qanun layihəsində ən maraqlı yeniliklərdən biri çoxuşaqlı ailələrin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlıdır. Bu ailələrə qanunda nəzərdə tutulmayan fondlar hesabına müəyyən mənzillər ayrılacaq. Belə ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün onlara Mənzil Məcəlləsində nəzərdə tutulduğu kimi, sosial kirayədən istifadə etmək imkanı yaradıla bilər. Sənədə əsasən, çoxuşaqlı ailələrə veriləcək dəstəyin sosial-iqtisadi və hüquqi tərəfləri əks olunub. Bundan başqa qanun qəbul olunduğu təqdirdə mənzil təminatı və digər məsələlərin necə həyata keçiriləcəyi ilə bağlı digər qanunvericilik aktları qəbul ediləcək. Layihədə çoxuşaqlı ailələrin sosial ipoteka kreditləri proqramlarından faydalanması da nəzərdə tutulub, amma bu kreditlərin hansı faiz dərəcələri və şərtlərlə veriləcəyi hələlik bilinmir. Bundan başqa, qanun layihəsində rayon və kənd yerlərində yaşayış çoxuşaqlı ailələrə dövlət və ya bələdiyyə torpaq fondu hesabına torpaqların ayrılması da nəzərdə tutulub. Qanun layihəsi qəbul edildiyi təqdirdə ondan uşaqlarının yaşı 18-i keçməyən, 3 və daha çox uşağı olan ailələr, 2 və daha çox əkiz uşaqları olanlar faydalana biləcəklər. Bundan başqa, qanun layihəsində “Qəhrəman ana” statusu da nəzərdə tutulub. Bu status 5 və daha artıq uşağı olan qadınlara veriləcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO