Oyunu təxirə düşən “Yuventus”lu futbolçular çöldə qaldı

İDMAN
15:59 11.12.2013
1022

“Yuventus”lular oteldə yer tapmayıblar.

AZXEBER.COM xəbər vermişdi ki, Çempionlar Liqasında qrup oyunlarının 6-cı turu çərçivəsində keçirilən “Qalatasaray” – “Yuventus” matçı güclü qar yağdığı üçün təxirə salınıb.Oyundan öncə “Yuventus” futbolçularının və klub nümayəndələrinin qaldıqları “The Edition Hotel”dən çıxış etdikləri üçün oyundan sonra ora geri qayıda bilməyiblər. Çünki nə rezervasiyaları olub, nə də ki oteldə boş yer qalıb.Bundan sonra İstanbulda 1 saat otel axtaran “Qoca sinyora”lar, “Qalatasaray” rəhbərliyinin köməkliyi ilə “Polat Renaissance Otel”ə yerləşiblər.Məlumat üçün bildirək ki, təxirə düşən oyun bu gün Bakı vaxtı ilə saat 17:00-da keçiriləcək. Oyun 33-cü dəqiqədən başlayacaq.

OXŞAR XƏBƏRLƏR