Pakistan mətbuatı Heydər Əliyevin həyat və fəaliyyətindən yazdı

SİYASƏT
17:33 12.12.2013
1205
Bu gün Pakistanın “DNA NEWS” informasiya agentliyi və “Centreline” jurnalında tanınmış ictimai xadim, Sülh və Diplomatiya institutunun direktoru Məhəmmməd Asif Nurun “Müasir Azərbaycanın memarı” adlı məqaləsi dərc edilib.Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, məqalədə, bəşər tarixinə, dar günlərində xalqlarına dəstək olan, onları firavan gələcəyə yol açan liderlər məlumdur ki, Heydər Əliyev məhz Azərbaycan milləti üçün həmin liderlərdən olub: "Heydər Əliyev yüksək mədəniyyətə, qədim tarix və ən yüksək modernizmin simbiozu olan müasir Azərbaycanın banisi olub və bununla da onun adı əbədi olaraq tarixə həkk olunub.Yazar, Heydər Əliyevin ümidsizliyə qərq olan Azərbaycanlılar üçün optimizm mənbəyi olduğunu və məhz onun səyləri nəticəsində bu gün Azərbaycanın müstəqil, iqtisadi cəhətdən inkişaf etmiş, dünya xalqları arasında özünəməxsus imicə malik ölkə olduğunu bildirib.Xarizmatik lider olan Heydər Əliyevin qərb və şərqlə, dünyanın əsas qüvvə mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurmağa müvəffəq olduğunu qeyd edən Asif Nur, Heydər Əliyevin keçdiyi həyat yolu, oxuduğu təhsil mərkəzləri haqqında ətraflı məlumat verib. Məqalədə, mərhum prezidentin əmək fəaliyyətindən bilgilər verilib, Heydər Əliyevin SSRİ kommunist partiyasının siyasi bürosunun üzvü olduğu, baş nazirin birinci müavini vəzifəsinə qədər yüksəldiyi, lakin mərkəzin apardığı siyasətə etiraz əlaməti olaraq partiya sıralarını tərk etdiyi vurğulanıb.Daha sonra məqalədə, Azərbaycan müstəqilliyinin ilk illərindən bəhs edilib. Oxucuların nəzərinə çatdırılıb ki, vətəndaş müharibəsi astanasında olan Azərbaycan xalqı Heydər Əliyevi Bakıya dəvət edib, onun ölkəyə rəhbərlik etməsinə israr edib: "Heydər Əliyev Azərbaycan xalqının dar günündə Azərbaycana gələrək, bütün biliyi, təcrübəsi və enerjisini dövlət quruculuğuna, xalqın rifahının artmasına sərf edib. Bu istiqamətdə O, Azərbaycanın neft strategiyasını quraraq bu siyasəti uğurla həyata keçirmiş, hidrakarbon resurslarının nəqlinin diversifikasiyasını təmin edib".Pakistanlı yazar, Heydər Əliyevin həyata keçirtdiyi quruculuq işləri və islahatların xalq tərəfindən böyük rəğbətlə qarşılandığını və bu səbəbdən Prezident Heydər Əliyevin millətinin əsl mənada sevgisini qazandığını bildirib.Qeyd olunub ki, 12 dekabr, 2003-cü ildə vəfat etmiş Prezident Heydər Əliyevi vəzifəsində onun layiqli davamçısı İlham Əliyev əvəz edərək, Ümummilli liderin əsasını qoymuş siyasəti uğurla davam etdirməkdədir: "Bu siyasət nəticəsində bu gün Azərbaycan, mütərəqqi, inkişaf edib, müstəqil xarici siyasət yürüdən güclü iqtisadiyyatı olan bir ölkədir".M.Asif Nur məqaləsini Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş mərasimdə dediyi “...nə qədər ki Azərbaycan var, Heydər Əliyev yaşayır. Bizlər, onun işini davamçıları, onun yolu ilə gedib, Azərbaycanı gücləndirib, müstəqilliyimizi müdafiə edəcəyik ” sözləri ilə yekunlaşdırıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI

17:21 12.02.2025

Somali Prezidenti: Azərbaycan bizim ölkəyə Afrikanın bazarlarına qapı kimi baxa bilər

17:19 12.02.2025

İlham Əliyev: Azərbaycanda təhsil alan Somalidən olan tələbələrin sayı artacaq

17:15 12.02.2025

Əməliyyata pulumuz çatmadı, yoldaşımı itirdik - "Talassemiya işi"

17:10 12.02.2025

Evi olmayan şəxs həbsə girmək üçün cinayət işlədi

16:53 12.02.2025

Sevda Ələkbərzadə Bakı Konqres Mərkəzində konsert verəcək

16:48 12.02.2025

Polisə dəstək olanların xüsusi geyim formaları olacaq

16:46 12.02.2025

Yığışdırın rus dilində danışanlara "mız qoymağı!" - Nura

16:33 12.02.2025

Xudayarın anasını təhqir edən şəxs həbs olundu

16:16 12.02.2025

İrandan Naxçıvana 101 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

16:09 12.02.2025

Depressiyanın yaratdığı ağır xəstəlik - Anhedoniya nədir?

16:05 12.02.2025

Sisianovun başını kəsən Bakı xanının nəticəsi ilk dəfə danışdı: Bu gün babamın ruhu şaddır