Pakistanın nüfuzlu ingilisdilli qəzetlərindən olan “Pakistan Observer” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi 2013-cü ilin adamı elan edib.
AZXEBER.COM xəbər verir ki, bununla bağlı qəzetdə dərc edilmiş məqalədə İlham Əliyevin ilk dəfə 2003-cü ildə Prezident seçildiyi qeyd olunub.Qəzetin təsisçisi və baş redaktoru, tanınmış ictimai-siyasi xadim, Pakistanın ali ordeni ilə təltif olunmuş Zahid Malik “İlham Əliyev-2013-cü ilin adamı: Bütün sahələrdə sürətli inkişafı təmin edən nümunəvi Prezident modeli” xüsusi reportajında Avrasiya siyasi arenasında özünü təsdiq etmiş parlaq siyasətçi, ötən ilin 9 oktyabr tarixində keçirilmiş seçkilərdə xalqın etimadını qazanaraq yenidən Azərbaycanın Prezidenti seçilmiş İlham Heydər oğlu Əliyevi xidmətlərinə görə “2013-cü ilin adamı” adına layiq görüldüyünü bildirib.