Pakistan Prezidenti Asif Ali Zardari Əfqanıstan hakimiyyətini ölkə ərazisində fəaliyyət göstərən silahlı qruplara qarşı tədbir görməyə çağırıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Dawn qəzetinin məlumatına görə, parlament üzvləri qarşısında çıxış edən Zərdari Pakistan–Əfqanıstan münasibətlərində artan gərginliyə toxunub. O bildirib ki, xüsusilə Hindistanın dəstəklədiyini iddia etdiyi Pakistan Talibanı (TTP) və Balochistan Liberation Army (BLA) və onlara bağlı qrupların Əfqanıstan ərazisindən həyata keçirdiyi hücumlar İslamabadın dözümlülük həddini göstərir.
Prezident vurğulayıb ki, Pakistan torpağı "müqəddəsdir” və heç bir yerli və ya xarici qüvvəyə qonşu ölkə ərazisindən istifadə etməklə Pakistanı sabitsizləşdirməyə icazə verilməyəcək.
Zərdari Əfqanıstan hökumətini "terrorçu qrupları” dağıtmağa çağırıb və Pakistanın bu ölkəyə hər zaman "qardaşcasına” yanaşdığını qeyd edib. O, həmçinin dialoqa hazır olduqlarını bildirib və Əfqanıstanı başqa dövlətlərin məqsədləri üçün "döyüş meydanı”na çevrilməməyə səsləyib.
Gülay










































