Pakistan və Hindistan etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcəklər

Pakistan və Hindistan etimadın möhkəmləndirilməsi üzrə tədbirləri davam etdirəcəklər
DÜNYA
01:42 16.05.2025
1037

Pakistan və Hindistan silahlı qüvvələri döyüş hazırlığı səviyyəsini azaltmaq məqsədilə etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirməyi qərara alıblar.

Bu barədə Hindistan ordusundakı mənbə bildirib.

"Hindistan və Pakistan hərbi əməliyyat komandanlarının mayın 10-da əldə etdikləri qarşılıqlı anlaşmaya əlavə olaraq, döyüş hazırlığı səviyyəsini azaltmaq məqsədilə etimadın möhkəmləndirilməsi tədbirlərini davam etdirmək qərara alınıb”, – o açıqlayıb.

Daha əvvəl Pakistanın Baş nazirinin birinci müavini, xarici işlər naziri İshaq Dar demişdi ki, Hindistan və Pakistan atəşkəs rejimini mayın 18-dək uzatmaq barədə razılığa gəliblər. Dar bu barədə razılaşmanın iki ölkənin hərbi əməliyyat komandanlarının mayın 14-də telefon danışığı zamanı əldə edildiyini qeyd etmişdi.

Xatırladaq ki, 7 may gecəsi Hindistan Müdafiə Nazirliyi Pahalqamdakı terror aktına cavab olaraq, Pakistan ərazisində "terror infrastrukturuna” zərbə endirərək "Sindur” əməliyyatını həyata keçirdiyini elan etmişdi. İslam Respublikasının iqtidarı isə öz növbəsində bildirmişdi ki, Hindistan Pakistanda beş yaşayış məntəqəsinə hücum edib və nəticədə onlarla insan ölüb. Pakistan XİN vurğulamışdı ki, ölkə rəhbərliyi adekvat cavab vermək hüququnu özündə saxlayır.

Əməliyyatın başlanmasından dörd gün sonra Hindistan və Pakistan mayın 10-dan etibarən quruda, havada və dənizdə bütün atəşləri və hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər. Hindistan ordusunun sonradan bildirdiyi kimi, iki ölkənin yüksək rütbəli hərbçiləri arasında aparılan danışıqların nəticəsində qoşunların sərhədlərdən və ön xətt bölgələrindən dərhal çıxarılmasını təmin etmək üçün tədbirlərin nəzərdən keçirilməsi qərara alınıb.

 

//Report

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
17:48 05.03.2026
Rəsmi Ankara İranın dron hücumlarını qətiyyətlə pislədi
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
17:42 05.03.2026
Prezidentin Təhlükəsizlik Şurasında çıxışının TAM VİDEOSU
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
17:26 05.03.2026
“Milli təhlükəsizlik məsələsində kompromis yoxdur”- Elçin Mirzəbəyli
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
17:23 05.03.2026
Rusiya müdafiə nazirinin keçmiş müavini saxlanılıb
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
17:14 05.03.2026
Fransa səfirliyi Azərbaycana dron hücumunu pislədi
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
17:12 05.03.2026
Mert Demir Serenaya evlilik təklifi etməyə hazırlaşır
Məşhur xanəndənin ailəsində iki ağır itki
17:05 05.03.2026
Məşhur xanəndənin ailəsində iki ağır itki
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
17:03 05.03.2026
Müdafiə Nazirliyi daha bir açıqlama yaydı: “İran dərs vaxtı məktəbi hədəf alıb”
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
16:49 05.03.2026
Ceyhun Bayramov və Hakan Fidan İranın Azərbaycana dron hücumlarını müzakirə etdi
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
16:39 05.03.2026
Gürcüstan XİN rəhbəri İranın Azərbaycana dron hücumundan narahatlığını bildirib
“Bu şərəfsizlər peşman olacaqlar”
16:34 05.03.2026
“Bu şərəfsizlər peşman olacaqlar”
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi