Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb

Pakistan XİN Hindistanın hərəkətlərini qınayıb və onun məsuliyyətə cəlb edilməsinə çağırıb
DÜNYA
20:39 07.05.2025
1099
Hindistan təcavüzkar hərəkətləri ilə regionda sülh və sabitliyi təhdid edib və buna görə cavab verməlidir.

"Report”un Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bunu qurumun rəhbəri İshaq Dar xarici ölkə səfirləri üçün keçirdiyi brifinqdə deyib.

Məlumata görə, nazir İslamabaddakı səfirlərə 2025-ci il mayın 6-dan 7-nə keçən gecə Hindistanın Pakistan və Azad Cammu və Kəşmirə endirdiyi zərbələr barədə məlumat verib.

"XİN başçısı Pakistanın suverenliyini pozmaqla yanaşı, həm də regional sülh və sabitliyə təhlükə yaradan Hindistan təcavüzünü qətiyyətlə pisləyib. O, Hindistanın hərəkətlərinin BMT Nizamnaməsini, beynəlxalq hüququ və dövlətlərarası münasibətləri tənzimləyən normaları kobud şəkildə pozduğunu vurğulayıb”, - press-relizdə deyilir.

Nazir Hindistan qüvvələrinin terrorçuların istifadə etdiyi infrastruktura zərbələr endirməsi ilə bağlı Yeni Dehlinin iddialarını rədd edib və Pakistanın Pahalqam hadisəsində iştirakına dair heç bir tutarlı dəlilin olmadığını söyləyib.

Dar qeyd edib ki, Hindistan rəhbərliyi terror olayından növbəti dəfə özünü qurban göstərmək üçün istifadə edib. O, Narendra Modi hökumətinin gərginliyin azaldılması və təmkinli davranışla bağlı çağırışlara məhəl qoymadığını söyləyib və beynəlxalq ictimaiyyəti Hindistanı məsuliyyətsiz və ehtiyatsız davranışına görə məsuliyyətə cəlb etməyə çağırıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
00:33 09.08.2025
Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
00:32 09.08.2025
İlham Əliyev Nikol Paşinyanla birgə Nobel komitəsinə Donald Trampla bağlı müraciət etməyi təklif edib
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
00:26 09.08.2025
Azərbaycan Prezidenti: Biz həqiqətən də yeni tarixi səhifəyə imza atırıq
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
00:26 09.08.2025
"Tramp sülh yolu" bir çox ölkə üçün böyük imkanlar açacaq
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
00:25 09.08.2025
Azərbaycan Prezidenti: Bu gün biz Cənubi Qafqazda sülhü bərqərar edirik
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
00:24 09.08.2025
Prezident: Azərbaycan Trampın sülhməramlı siyasətini həmişə xatırlayacaq
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
00:23 09.08.2025
Tramp: Ermənistan və Azərbaycan arasındakı müharibə hər iki dövlətə böyük ziyanlar vurub
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
00:20 09.08.2025
İlham Əliyev “907-ci düzəliş”in ləğvinə görə Trampa minnətdarlığını bildirib
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
00:19 09.08.2025
İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan üçtərəfli sənəd imzalayıb
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
00:17 09.08.2025
"Bir çox vasitəçilər Ermənistan-Azərbaycan münaqişəsinə son qoymaq üçün uğursuz cəhdlər ediblər"
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
00:16 09.08.2025
İlham Əliyev: Tramp Qafqaza sülh gətirdi
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
00:15 09.08.2025
ABŞ Prezidenti: “Tramp marşrutu” Azərbaycanın Naxçıvana tam çıxışına imkan verəcək
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
00:12 09.08.2025
Tramp: ABŞ və Azərbaycan hərbi əməkdaşlıq qurur
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
00:11 09.08.2025
Tramp: Azərbaycan və Ermənistan liderləri bu gün mühüm sənəd imzalayırlar
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
00:06 09.08.2025
ABŞ, Azərbaycan, Ermənistan liderləri üçtərəfli bəyanatla çıxış edirlər - CANLI
Üçtərəfli görüş başladı - VİDEO
23:59 08.08.2025
Üçtərəfli görüş başladı - VİDEO