Pakistanda vəziyyət ağır olaraq qalmaqdadır. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Karaçi şəhərinin Gülbahar və Surjani bölgələrindəki etnik münaqişələr zamanı son 24 saat içində 19 nəfər ölüb.18 milyonluq şəhərdə son günlər baş verən hadisələrdən sonra başlayan əməliyyatlarda 40 nəfər şübhəli şəxs qismində saxlanılıb.