Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 350 nəfəri keçib

Pakistanda daşqınlar nəticəsində ölənlərin sayı 350 nəfəri keçib
DÜNYA
15:12 17.08.2025
351
Pakistanın şimalında leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb.

Bu barədə "Geo News" kanalı məlumat yayıb.

Bildirilir ki, daşqınlar nəticəsində Xayber-Paxtunxva əyalətində 328, Gilgit-Baltistanda 12, Azad Kəşmirdə isə 11 nəfər həyatını itirib.

Ölkənin şimalında güclü yağışların avqustun 21-dək davam edəcəyi gözlənilir.

Pakistanın Baş naziri Şahbaz Şərif Xayber-Paxtunxva əyalətinə dərman, qida və digər zəruri yardım materiallarının dərhal çatdırılması barədə göstəriş verib.
OXŞAR XƏBƏRLƏR