Pakistanda fırtına: 3 nəfər öldü

Pakistanda fırtına: 3 nəfər öldü
DÜNYA
13:24 19.05.2025
451
Pakistanın Hayber Paxtunxva əyalətində fırtına baş verib.
 
AZXEBER.COM xarici mtbuata istinadən xəbər verir ki, ştatın müxtəlif yerlərində şiddətini artıran güclü külək və tufan nəticəsində ağacların və lövhələrin aşması nəticəsində 3 nəfər həyatını itirib, 13 nəfər isə yaralanıb.
 
Axtarış-xilasetmə rəsmisi Bilal Əhməd Faizi bildirib ki, əyalətin bir neçə bölgəsinə təsir edən şiddətli fırtına İslamabadın bəzi bölgələrini də vurub.
 
Fırtına səbəbindən şəhərin bir çox yerində elektrik enerjisi kəsilib, dolu avtomobillərə və günəş panellərinə ziyan vurub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR