Pakistanda İmran Xanın tərəfdarları İslamabada yürüşə başlayıb

Pakistanda İmran Xanın tərəfdarları İslamabada yürüşə başlayıb
DÜNYA
22:10 04.10.2026
209
Pakistanın əsas müxalifət partiyası olan "Ədalət uğrunda Hərəkat”ın (PTI) tərəfdarları keçmiş baş nazir İmran Xanın azad edilməsini tələb edərək paytaxt İslamabada etiraz yürüşünə başlayıb.

Bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Məlumata görə, Xeybər-Paxtunxva əyalətinin baş naziri Sohail Afridi Lakki-Marvat rayonundan yürüşün başladığını elan edib. O, bir neçə min iştirakçı qarşısında çıxış edərək hökuməti PTI nümayəndələri ilə aparılan danışıqları pozmaqda ittiham edib.

Afridi həbsdə olan İmran Xanın tərəfdarlarını onun siyasi xəttini müdafiə etməyə çağırıb. O bildirib ki, mərkəzi hakimiyyət Xeybər-Paxtunxvada öz siyasətini həyata keçirməyə çalışıb, lakin əyalətdə İmran Xanın siyasi baxışlarının və siyasətinin həyata keçiriləcəyini bəyan edib.

"Dawn"un məlumatına görə, yürüşün Lakki-Marvatdan başlayacağı və daha sonra digər bölgələrdən gələn tərəfdarların da karvana qoşulacağı planlaşdırılıb.
 
///teleqraf///
OXŞAR XƏBƏRLƏR