Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb

Pakistanda kamikadze hücumu olub, 13 əsgər ölüb
DÜNYA
12:44 28.06.2025
340
Bu gün Pakistanın şimal-qərbində kamikadze hücumu nəticəsində 13 əsgər həlak olub, 29 nəfər, o cümlədən mülki şəxslər yaralanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə yerli hökumət rəsmiləri və polis məmurları AFP-yə məlumat verib
 
"Bir kamikadze partlayıcı yüklü avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb", - adının çəkilməsini istəməyən hökumət rəsmisi qeyd edib.

Bildirilib ki, partlayış həm də iki evin damının uçmasına səbəb olub, altı uşaq yaralanıb.
 
///APA
OXŞAR XƏBƏRLƏR