Pakistanda polislərə hücum edildi - 11 nəfər ölüb

Pakistanda polislərə hücum edildi - 11 nəfər ölüb
DÜNYA
18:57 11.11.2026
6
Pakistanın şimal-qərbində, Xeybər-Paxtunxva vilayətində polis əməkdaşlarına hücum edilib.

"Reuters"in xəbərinə görə, hücum nəticəsində 11 polis ölüb, daha 12 nəfər isə xəsarət alıb.

Eyni zamanda, beş polis avtomobili yandırılıb.

Məlumata görə, hadisə qanunsuz qızıl çıxaranlara qarşı reyd keçirən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR