Pakistanın ordu komandanı Azərbaycana gələcək

Pakistanın ordu komandanı Azərbaycana gələcək
Bütün Xəbərlər
14:46 02.11.2012
1033
Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Daşqın Şikarov bu ölkənin ordu komandanı, ordu generalı Pervez Aşfaq Kayani ilə görüşüb. Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, görüşdə D.Şikarov dövlətlərimiz arasında mövcud dostluq münasibətlərindən söz açıb. Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsindən danışan səfir Pakistanın ölkəmizi bu məsələdə tam dəstəklədiyini diqqətə çatdırıb.İki ölkənin silahlı qüvvələri arasında əməkdaşlığın geniş müzakirə edildiyi görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin Pakistan ordu komandanının 2013-cü ildə ölkəmizə rəsmi səfər etmək haqqında dəvət məktubu P.A.Kayaniyə təqdim olunub. P.A.Kayani Azərbaycana səfər edəcəyini bildirib.General Azərbaycan-Pakistan münasibətlərinin tarixi köklərə əsaslandığını və səmimi qardaşlıq münasibətlərinin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb. O, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsinin ədalətli həllində ölkəmizi birmənalı şəkildə dəstəklədiyini, işğalçı ölkə ilə diplomatik münasibətlərin qurulmadığını, hətta Ermənistanı bir ölkə kimi tanımadıqlarını vurğulayıb. Pakistan ordusunun komandanı bildirmişdir ki, rəsmi İslamabadın Azərbaycana verdiyi dəstək işğal altındakı torpaqlarımız tam azad olunanadək qəti şəkildə davam edəcək.O, dünyada ən qüdrətli ordulardan sayılan Pakistan Silahlı Qüvvələrinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edib.Görüşün sonunda səfir D.Şikarov ordu generalı P.A.Kayaniyə üzərində onun portreti əks olunan Azərbaycan xalça ustaları tərəfindən toxunan xalçanı hədiyyə edib.
OXŞAR XƏBƏRLƏR