"Palmali"nin "Muğan" tankeri suya endirildi (FOTO)
Bütün Xəbərlər
23:28 30.11.2011
2268
“Palmali” Şirkətlər Qrupu Azərbaycanın görkəmli xadimlərini, qəhrəmanlarını və tarixi yerlərini dünya sularında tanıtmaq ənənəsini davam etdirir. Bu dəfə "Palmali"nin "Muğan" tankeri suya endirildi. Gəmi Türkiyənin "Beşiktaş" tərsanəsində inşa edilib. “Mübariz İbrahimov”, “Kapıtan Nağdəliyev”, “Lerik” ve “Qobustan” gəmilərindən sonra Beşiktaş gəmiqayırma zavodunda sayca 5-ci olan daha bir tanker suya endirildi. Azərbaycanı dünya sularında tanıdacaq növbəti tankerin adı – “Muğan” oldu. “Palmali” şirkətinin mətbuat xidmətindən verilən məlumata görə, “Palmali” 2011-ci ilin may ayının sonunda RST22M layihəli dördüncü seriyalı “Armada” tipli tankerlərin sifarişini 10-dan 15-ə qədər artırıb. Bütün gəmilərin 2013-cü ilin sonunadək “Besiktaş” tərsanəsində tikilməsi planlaşdırılır.Beynəlxalq tələblərə tam cavab verən yeni RST22M layihəli tankerin uzunluğu 140, eni 16 metrdir. Gəminin ümumi yükdaşıma gücü 7000 tondur. Tanker xam neft ve benzin, o cümlədən, neft məhsullarının daşınması üçün nəzərdə tutulub. Gəminin təntənəli suya salınması mərasimində PALMALI Şirkətlər Qrupunun nümayəndələri, başda Marif Mənsimov olmaqla Beşiktaş Gəmiqayırma Zavodunun rəhbərliyi də iştirak edirdi. Gəminin xaç anası Palmali Şirkətlər Qrupunun vitse-prezidenti Aygün Quliyeva oldu. Beləliklə, “Muğan” təntənəli şəkildə dənizə buraxıldı. Qeyd edək ki, "Yeni Armada" tipli gəmiyə Gko Layihə simvol sinfindən əlavə nişanə verilib. Layihələndirmə zamanı Rusiya və dünya neft şirkətlərinin xüsusi tələbləri və Rusiya Dəniz Gəmiçilik Reyestri sinifli əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.Xatırladaq ki, “Palmali” Şirkətlər Qrupu Aralıq, Xəzər və Qara dəniz hövzəsində yüklərin daşınması üzrə ixtisaslaşıb. "Palmali" Rusiyanın cənub hissəsindəki çaylarda neft və neft məhsullarının daşınması ilə məşğul olan iri şirkətdir. Yükdaşımaların həcmini və müxtəlif güclü müasir gəmilərin sayını artıran “Palmali” Şirkətlər Qrupu dənizdə mövqeyini gücləndirməkdə davam edir.