AZXEBER.com-un xəbərinə görə, baş katib Braziliyada səfərdə olarkən jurnalsitlərə açıqlamasında bu haqda məlumat verib. Görüş zamanı Pan Gi Mun Əsadı nümayişçilərə qarşı zorakılığı dayandırmağa çağırıb. O, Əsada zorakılıq edib insanları öldürməklə heç nəyə nail ola bilməyəcəyini və tezliklə bunlara son qoyub geniş müzakirələrə, danışıqlara başlamalı olduğunu bildirib.