“Panika yaratmayın!” - Siyavuş Novruzovdan çağırış

“Panika yaratmayın!” - Siyavuş Novruzovdan çağırış
SİYASƏT
12:45 17.03.2026
346
"44 günlük müharibə dövründə və ondan sonrakı mərhələlərdə əsas problemlərdən biri informasiya təhlükəsizliyi məsələsi idi. Həmin dövrdə bunun ayrı-ayrı epizodlarını müşahidə etdik və Azərbaycan dövlətinin hər bir vətəndaşının arxasında necə dayandığını gördük”. 

Bunu parlamentin iclasında komitə sədri Siyavuş Novruzov deyib.

Bildirib ki, müxtəlif ölkələrdən vətəndaşlarımızın təhlükəsiz şəkildə, bəzən qeyri-adi şəraitdə ölkəyə gətirilməsi halları yaşandı:

"Hər bir vətəndaş öz arxasında dövlətini və Prezidentini hiss etdi, bu da qürur doğurdu”.

Siyavuş Novruzov qeyd edib ki, müasir dünyada isə informasiya müharibəsi artıq hər gün davam edən qarşıdurmanın ayrılmaz hissəsinə çevrilib:

"Müasir müharibə təkcə silahla aparılmır, eyni zamanda, süni intellekt vasitəsilə yayılan informasiya və dezinformasiyalarla cəmiyyətlərdə panika yaradılır. Bu yolla bölgələrdə xaos, anarxiya və müxtəlif sosial gərginliklər formalaşdırmaq mümkündür. Belə halların nümunələrini uzağa getmədən qonşu ölkələrdə də görmək olar. Həmin ölkələrdə sabit və etibarlı cəmiyyətin formalaşması qarşısında ciddi maneələr mövcuddur”.

Deputatın sözlərinə görə, hazırda regionda baş verən hadisələr də göstərir ki, informasiya müharibəsi daha da genişlənəcək və öz təsir sahəsini artıracaq:

"Bu səbəbdən informasiya təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olmalıdır. Hər kəs bu sahədə öz rolunu düzgün müəyyənləşdirməlidir. Məsələn, ölkənin bəzi ərazilərində dron uçuşları ilə bağlı süni panika yaratmaq cəhdlərinin qarşısını almaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə deputatlar, media nümayəndələri və ictimaiyyət fəalları cəmiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır. Eyni zamanda, xaricdən idarə olunan və Azərbaycana qarşı yönəlmiş dezinformasiyaların qarşısını almaq üçün effektiv informasiya mübarizəsi aparmaq vacibdir".
 
Musavat.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı