““Papa, məni evə apar” dedi, o anda keçindi” - 3 ay əvvəl gəlin köçmüşdü...

““Papa, məni evə apar” dedi, o anda keçindi” - 3 ay əvvəl gəlin köçmüşdü...
SOSİAL
13:16 27.02.2019
28654
Füzuli rayonu, Horadiz qəsəbəsində intihar etdiyi bildirilən Afət Şahverdiyevanın ailəsi onun qətlə yetirildiyini iddia edir.

AZXEBER.COM xəbər verir ki, qafqazinfo-ya müraciət edən A.Şahverdiyevanın atası Valeh Şahverdiyev bildirib ki, fevralın 8-də qızının əri Ruvi Axundov ona zəng edərək Afətin halının pis olduğunu deyib: "Biz çatanda qızımı çöldə yerə uzatmışdılar, mən ona yaxınlaşıb başımı sinəsinə qoydum, Afət "papa, məni evə apar” dedi, o an da keçindi. Onun cənazasi yuyulduqdan sonra özüm kəfəni açdırıb şəkillərini çəkdirdim. Afətin burnunda, alnında zədə var idi, dizləri cızılmışdı, sanki kimsə onu sürüyüb. Əri Ruvi Afətin özünü hərbi telefonlarda olan şunurla asdığını dedi. Amma iz udlaqda yox, boğazın ortasında idi. Bunu rayon və "Semaşko”nun eksperti də təsdiqlədi. Onlar da bildirdilər ki, Afəti kimsə arxadan boğaraq öldürüb. Şunur iki dəfə boğazdan, bir dəfə də ağızın içindən keçirdi. Özünü öldürən adam isə ağzının içindən şunur salmaz. 

Afət noyabrın 12-də evlənmişdi, fevralın 12-si evliliklərinin 3 ayı tamam olacaqdı. Qızım məktəbdə riyaziyyat müəlliməsi işləyirdi və hadisə günü də dərs deməyə getmişdi. Hərbçi olan leytenant Ruvi isə səhər saatlarında işdən evə gəlib və Afətə zəng edərək niyə dərsə getdiyini soruşub. Afət məktəbdən icazə alaraq evə gəlib.

Ruvi deyir ki, özü otaqda nəsə yazırmış və bir-iki nəfərlə telefonda danışıb. Mətbəxə keçəndə isə Afətin özünü asdığını görüb. Əri deyir ki, hadisədən əvvəl onlar deyib-gülüblər. Kefi yaxşı olan adam onda özünü niyə assın ki? Ruvinin Afəti öldürməsi barədə şübhələr olsa da, prokurorluq onu saxlamır. Hadisə günü Ruvi işdə olub, amma hərbi hissədən gəlib köhnə tarixlə ona məzuniyyət yazdılar”.

Mərhumun valideynləri tərəfindən ittiham olunan Ruvi Axundovla əlaqə saxlamağa cəhd etdik. Lakin mobil telefonuna zəng çatmadığı üçün mövqeyini öyrənə bilmədik.

Füzuli Rayon Prokurorluğundan bildirilib ki, iş tam obyektiv araşdırılır: "Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə-tibbi ekspertizası təyin olunub. Zəruri istintaq hərəkətləri davam etdirilir. Cinayət işinin istintaqının hər tərəfli, tam obyektiv aparılması üçün zəruri hərəkətlər davam etdirilir”.

V.Şahverdiyev bildirib ki, hələ meyitin müayinəsi ilə bağlı ekspertizanın rəyi açıqlanmayıb.
 
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı