'Papanin'i sökürlər - VİDEO

Bütün Xəbərlər
10:28 07.11.2012
1540
Noyabrın 12-dən etibarən paytaxtın “Papanin” kimi tanınan ərazisində yeni metro xəttinin tikintisi məqsədilə genişmiqyaslı söküntü işlərinə başlanacaq.
Bununla bağlı sakinlərə bildirişlər də paylanılıb. Amma sakinlər onlara ödəniləcək kompensasiyanın həcmindən narazıdır. Onlara evlərinin hər kvadrat metrinə görə 700-900 manat arası pul təklif olunur. Bu məbləğsə onları qane etmir. Onlar mənzillərinin hər kvadrat metrinə görə 1500 manat pul ödənilməsini tələb edir.Sakinləri narazı salan tək kompensasiyanın azlığı deyil, həm də mənzillərinin qeyri-yaşayış sahələrinin onların mülkiyyəti kimi hesablanmamasıdır.Xatırladaq ki, paytaxtın yeni baş planına uyğun olaraq genişmiqyaslı tikinti işlərinin aparılması məqsədilə yaxın zamanlarda Bakı şəhərinin “Sovetski”, “Papanin”, “Xutor” kimi tanınan ərazilərinin sökülməsi planlaşdırılır. /ANS/
OXŞAR XƏBƏRLƏR