Papua Yeni Qvineyada avtobusa silahlı hücum edildi - 7 ölü, 17 yaralı

Papua Yeni Qvineyada avtobusa silahlı hücum edildi - 7 ölü, 17 yaralı
DÜNYA
11:58 23.10.2024
160
Papua Yeni Qvineyada silahlı qruplaşmanın ictimai avtobusa təşkil etdiyi silahlı hücumda 7 nəfər həyatını itirib, 17-i itkin düşüb.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, silahlı şəxslər Enqa əyalətində dağlıq nöqtədə hərəkətdə olan avtobusa fərq qoymadan atəş açıblar.

Məlumata görə, hücum qisas üçün edilib və hadisənin avtobusun sərnişinlərindən biri ilə hücum edən qrup arasındakı düşmənçilikdən qaynaqlanıb.

Xatırladaq ki, 19 fevralda Enqa bölgəsində iki qəbilənin bir-birini pusquya salması nəticəsində başlayan qarşıdurmada 53 nəfər həlak olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR