xari

“Paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi xəbəri yalandır”

SOSİAL
17:39 01.12.2020
415

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, məlumatda bildirilir ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatdan irəli gələn vəzifələrdən biri humanitar məqsədlərlə əsir və girovların, cəsədlərin dəyişdirilməsinin təmin olunmasıdır.

Azərbaycan beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərinə və humanizm prinsiplərinə sadiqdir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusuna təslim olmuş Ermənistan hərbçiləri və döyüş bölgəsindən təxliyə edilmiş mülki şəxslər Cenevrə Konvensiyalarının tələblərinə əsasən, dərhal döyüş bölgəsindən çıxarılaraq internə edilmiş, saxlanma şəraiti, onlarla ləyaqətli davranış, qida, su təminatı və yaralıların müalicə hüquqları tam təmin edilib.

 

Azərbaycan tərəfi əsir düşmüş erməni hərbçiləri barədə məlumatları müntəzəm qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına təqdim etmiş, BQXK nümayəndələrinin onlara baş çəkmələrinə hərtərəfli şərait yaratmış, bəzi əsirlərin öz valideynləri ilə telefon əlaqəsi saxlamalarını təşkil edib.

Erməni sosial media resurslarında məqsədyönlü şəkildə, guya Azərbaycanın qələbə münasibətilə keçirəcəyi hərbi paradda erməni əsirlərinin nümayiş etdiriləcəyi, onlarla qeyri-insani rəftar edilməsi ilə bağlı yalan xəbərlər yayılmaqdadır. Əsassız və həqiqətəuyğun olmayan belə məlumatları qəti şəkildə rədd edirik. Bildiririk ki, hərbi əsirləri nümayiş etdirmək, onları aşağılamaq Azərbaycan xalqına və müzəffər ordumuza xas keyfiyyət deyil.

Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq birinci Qarabağ müharibəsində olduğu kimi azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tutur, onlar haqqında vaxtında məlumat vermir, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmir. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur.

Eyni zamanda erməni hərbçilərinin əsir düşmələrinin əsas səbəbinin Ermənistanın yeritdiyi təcavüz və işğalçılıq siyasəti olduğunu bir daha vurğulamaqla erməni analarına müraciət edərək, övladlarının qaytarılması ilə bağlı problemin başlıca günahkarının Ermənistan rəhbərliyinin nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe olduğunu bildiririk.

Azərbaycan hamının hamıya prinsipi ilə bütün əsir və girovların qarşılıqlı şəkildə dəyişdirilməsinin tərəfdarıdır.

İtkin düşmüş hesab olunan hərbi qulluqçularımızın taleyinin müəyyən edilməsi üçün BQXK və Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığı ilə təmaslar davam etdirilir.

Vətəndaşların müraciət etmələri üçün Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının "www.human.gov.az” rəsmi internet səhifəsi, (+994 12) 405-71-61 telefon əlaqə və (+994 12) 8161 qaynar xətt nömrələri fəaliyyət göstərir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:41 15.01.2021

BMT-nin baş katibi və sədri peyvənd olacaq

23:25 15.01.2021

Tanınmış aparıcı Mikayılın verilişi bağlandı, özü isə…

22:53 15.01.2021

Faiq Ağayev "Sən qalibsən” mahnısının klipini təqdim etdi - VİDEO

22:35 15.01.2021

Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapıldı - FOTO

22:23 15.01.2021

Vilayət Eyvazovdan yeni TƏYİNAT

21:54 15.01.2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

21:28 15.01.2021

Azərbaycan XİN:"Ermənistan beynəlxalq məhkəmələr qarşısında cavab verməlidir"

20:56 15.01.2021

İqtisadi Şuranın növbəti iclası keçirilib

20:29 15.01.2021

Prezident: Əminəm ki, Polad gəlib atasının evini bərpa edəcəkdir – VİDEO

20:07 15.01.2021

BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq

19:49 15.01.2021

İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”

19:32 15.01.2021

İlham Əliyev, Mehriban Əliyeva və qızları yenidən Cıdır düzündə olublar - FOTOLAR

19:30 15.01.2021

İlham Əliyev: "Dünən gecə Şuşada qalmağa qərar verdik"

19:18 15.01.2021

Prezident Cıdır düzündə paxlava ilə çay içib: "Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!"

19:04 15.01.2021

“Azəriqaz”: Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır

18:43 15.01.2021

Ceyhun Bayramovun finlandiyalı həmkarı ilə telefon danışığı olub