Paraqvay Prezidenti Santyaqo Penya 3 milyona yaxın müştərinin hesablarının dondurulduğu "Ueno Bank"ın iflasından sonra istefa verib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə o xalqa müraciətində bildirib.
"Mən prezident vəzifəsindən istefa vermək qərarına gəldim. Bunu ölkəmizin sabitliyini düşünərək edirəm", - o deyib.











































