Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrunda üz-üzə gələcəyi rəqib müəyyənləşdi

Paris-2024: Azərbaycan güləşçisinin bürünc medal uğrunda üz-üzə gələcəyi rəqib müəyyənləşdi
SOSİAL
14:12 11.08.2024
122
Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedovun növbəti rəqibi müəyyənləşib.

AZXEBER.COM-un məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan idmançı bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Murazi Mçelidze ilə üz-üzə gələcək.

Bürünc medal uğrunda qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 14:35-də başlayacaq.

Qeyd edək ki, Paris-2024 bu gün başa çatacaq.
OXŞAR XƏBƏRLƏR