Paris məhkəməsi Mbappenin PSJ ilə müqaviləsini ləğv etməyəcək

Paris məhkəməsi Mbappenin PSJ ilə müqaviləsini ləğv etməyəcək
İDMAN
20:52 18.08.2022
271
Paris İnzibati Məhkəməsi La Liqanın fransız hücumçusu Kilian Mbappe ilə bağlı qaldırdığı iddianı rədd edib.

İddiada Mbappenin "Pari Sen-Jermen” ilə müqaviləsinin ləğvi tələb edilirdi.

La Liqa PSJ-nin maliyyə feyr-pleyinə (klublar bir ildə qazandıqlarından çox pul xərcləməməlidirlər – red.) əməl etmədiyi qənaətindədir. Paris klubu ilə müqaviləyə əsasən, Mbappe dünyanın ən çox pul ödənilən futbolçusu olub.
OXŞAR XƏBƏRLƏR