Paris qətliamının müəllifi bilindi - VİDEO - FOTO

Paris qətliamının müəllifi bilindi -  VİDEO - FOTO
Bütün Xəbərlər
12:15 16.11.2015
3870

Fransanınpaytaxtı Parisdəki qanlı terror aktlarını təşkil edən şəxsin kimliyi bilinib. İŞİD-in tapşırığı ilə terror aktlarını 27 yaşlı mərakeşli Əbdelhəmid Əbaud təşkil edib.

Belçika vətəndaşı olan Əbaud Parisdəki teraktlara aylarla hazırlaşıb. Terror hücumları və partlayışlarını həyata keçirənləri maliyyələşdirən də odur.

Əbaud İŞİD-in ən "nüfuzlu", fəal terrorçularından biri sayılır. Ə.Əbaud Belçikanın xüsusi xidmət orqanlarının tələbi ilə Yunanıstanda tutulmuşdu. Lakin o, az sonra buraxılmışdı.

Euronews bildirir ki?Brüsselin Vervye şəhərində terrorçuların dinc sakinlərə hücumu və 2 nəfərin güllələnməsi ilə bağlı olaraq Əbaud axtarılırdı.Ə.Əbaud Suriyada İŞİD-in tərkibindədöyüşüb. O, yük yeri güllələnmiş suriyalı hərbçilərin cəsədləri ilə dolu avtomobilin sükanı arxasında olanzaman əks olunmuş video yayılandan sonra məşhurlaşmışdı.

Belçikanın xüsusi xidmət orqanlarının məlumatından sonra Yunanıstanın paytaxtı Afinada tutulmuş 4 ərəb arasında yer almış Əbaudun niyə azadlığa buraxıldığı araşdırılır.

Belçika Federal Prokurorluğunun mətbuat katibi Erik Van Der Siptin dediyinə görə, "bu məsələ diqqətlə müzakirə olunur".

Belçikanın özündə Parisdəki teraktlarla bağlı 13 nəfər tutulub. Onlardan 5 nəfər terror qruplaşmalarının fəaliyyətində iştirakda suçlanırlar.

Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Belçikanın 335 vətəndaşı Suriya və İraqa yollanaraq İŞİD-ə qatılıblar. Onların 184 nəfəri, hələ də, İŞİD-in sıralarındadır, 50 nəfər həlak olub, 101 nəfərsə Belçikaya qayıdıb.

Ə.Əbaudun göstərişi ilə teraktları həyata keçirənlərin dördünün şəxsiyyəti bilinib.

Onlar Fransa vətəndaşları 29 yaşlı Ömər Mustafai, 25 yaşlı Bahruddin Əbdülakbak və 20 yaşlı Bilal Hədfi, habelə Suriya vətəndaşı Əhməd Əlmohamməddir.

Parisdəki teraktlarda ən azı 20 nəfər şübhəli bilinir. Onların ikisi teraktlardan əvvəl Suriyada olublar.

"Stad de France" stadionunun yaxınlığında özünü partlatmış "canlı bomba", 20 yaşlı Bilal Hədfi bu yaxınlarda Suriyadan Belçikaya qayıtmışdı.29 yaşlı İsmayıl Ömər Mustafai xırda xuliqanlıqlara görə 8 dəfə polis tərəfindən saxlanmışdı. 2013-cü ildə Suriyaya yollanmış Mustafainin orada İŞİD-ə qoşulduğu deyilir.

Volter bulvarında özünü partladanlardan biri 31 yaşlı İbrahim Əbdelsalam olub. Fransa polisi onun qardaşıSalah Abdelsalamı axtarır.

Noyabrın 14-də gecə saatlarında Parisdə teraktlar seriyası olub. 4 dəfə insanlara atəş açılıb, "Bataclan" konsert zalında tamaşaçılar girov götürülüb, "Stad de France" arenassında Fransa və Almaniya yığmaları arasındakı yoldaşlıq matçı zamanı 3 partlayış olub.

Teraktlarda 129 nəfər həlak olub. (milli.az)

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
18:54 31.07.2025
Ermənistan polisi zirehli döyüş maşınları ilə təmin ediləcək
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:34 31.07.2025
"İmişli" serbiyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
18:26 31.07.2025
Füzulidə yük maşını ilə evakuator toqquşub, 2 nəfər xəsarət alıb
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
18:23 31.07.2025
Canlı yayıma hazırlaşan jurnalistin telefonu oğurlandı
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
18:12 31.07.2025
Bu ölkə Avropa Birliyinə çağırış etdi: İsrail Qəzzadakı öhdəliklərini yerinə yetirmir
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
18:11 31.07.2025
Türkiyədə qadın ilk dəfə briqada generalı oldu
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
18:00 31.07.2025
Tibb elmi ŞOKDA: Dünyanın ən qoca körpəsi 31 yaşında doğuldu
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
17:59 31.07.2025
İran Prezidenti: Azərbaycanla əlaqə qura bilməməyin təqsiri bizdədir
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
17:51 31.07.2025
“Unibank”dan 0% komissiyalı kredit fürsəti – cəmi 2 gün!
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
17:50 31.07.2025
Füzulidə yük maşını evakuatorla toqquşdu - VİDEO
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
17:46 31.07.2025
Bakı-Qazax yolunun bu hissələrində təmir aparılacaq - Sürücülərin nəzərinə!
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
17:33 31.07.2025
Yayın istisində işıqsız qalan Binə sakinləri: "Problem nə zaman həll olunacaq?"
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
17:30 31.07.2025
Sabahdan Bakı-Qazax yolunda avtomobillərin hərəkəti mərhələli məhdudlaşdırılacaq
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
17:29 31.07.2025
Azərbaycan Nəqliyyat Ekspeditor şirkətləri Assosiasiyasına yeni baş katib təyin olundu
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
17:15 31.07.2025
Dövlət Xidməti: Çoxuşaqlı analara əlavə məzuniyyət verilməsində pozuntu halları çoxdur
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var
16:48 31.07.2025
Pezeşkian: Ölkəmizdə ciddi su böhranı var