Parisdə 40 metro stansiyanı bağlanır

Parisdə 40 metro stansiyanı bağlanır
DÜNYA
16:40 31.10.2026
198
Oktyabrın 31-də Parisdə 40 metro stansiyası bağlanacaq.

AZXEBER.COM xəbər verir ki, Paris Muxtar Nəqliyyat İdarəsi (RATP) bu qərarı polisin tələbləri və təhlükəsizlik mülahizələri ilə əsaslandıraraq elan edib.

Məhdudiyyətlər, artan yaşayış xərclərinə qarşı keçiriləcək kütləvi etiraz aksiyaları ərəfəsində tətbiq olunur.

Qeyd edək ki, Fransada artıq ardıcıl üçüncü şənbə günüdür ki, belə nümayişlər baş tutur.

Həmkarlar ittifaqları və "Sarı jiletlilər” hərəkatının nümayəndələri insanları bu etiraz aksiyalarında iştirak etməyə çağırıblar.
OXŞAR XƏBƏRLƏR