Parisdə azərbaycanlı qadın onlarla ermənini təkbaşına susdurdu – VİDEO

Parisdə azərbaycanlı qadın onlarla ermənini təkbaşına susdurdu – VİDEO
Bütün Xəbərlər
16:40 26.05.2015
3331
Həmvətənimizin haqq səsini boğa bilməyən erməni tarixçi onun üstünə hücum çəkdi.
Fransanın paytaxtı Parisdə ermənilər tərəfindən təşkil olunmuş konfrans zamanı erməni tarixçisinə Dağlıq Qarabağ gerçəklərini xatırladan azərbaycanlı qadın təhqir edilib.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bölgə bələdiyyəsinin binasında ermənilər tərəfindən Dağlıq Qarabağın işğalına haqq qazandırmaq üçün keçirilən konfransda Azərbaycan vətəndaşının verdiyi sual çox böyük səs-küyə səbəb olub.
Belə ki, toplantıya qatılan azərbaycanlı qadın Dağlıq Qarabağa dair BMT-nin qərarlarını (işğal edilmiş Azərbaycan torpaqlarından erməni silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına, torpaqların geri qaytarılmasına dair qərarlar) xatırladınca, tədbirdə iştirak edən erməni tarixçi Claude Mutafyan özündən çıxaraq, qadını təhqir edib.
Sözünə davam edən qadının haqq səsini boğa bilmədiyini görüncə tarixçi ona hücum çəkib.
OXŞAR XƏBƏRLƏR