Parisdə türklər qondarma erməni soyqırımına etiraz edib
Bütün Xəbərlər
11:13 19.12.2011
1545
Fransa parlamentində dekabrın 22-də səsə qoyulacaq qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi türk vətəndaşları tərəfindən Parisdə etiraza səbəb olub. Fransanın müxtəlif şəhərlərindən və bəzi Avropa ölkələrindən Parisə gələn türk vətəndaşları Fransa parlamenti qarşısında toplaşaraq səsə qoyulacaq qanun layihəsinə etiraz edib. Qrup, erməni soyqırımının “tarixi bir yalan” olduğunu ifadə edərək fransız millət vəkillərini tarixi yalandan dönməyə çağırıb. Qanunun qəbul olunmasından sonra yalnız türk-erməni əlaqələrinin deyil türk-fransız əlaqələrinin də pozulacağı xəbərdarlığını edən qrup, qanunun məqsədinin xalqlar arasında düşmənçilik çıxarmaq olduğunu ifadə edib. Qeyd edək ki, daha əvvəl qanunlar komissiyasında qəbul edilən qanun layihəsində fransız qanunları tərəfindən tanınan soyqırımların inkarı, 1 ilə 45 min avro pul cəzasın bərabər olduğu bildirilir.