Park Cinema-da "Black Friday" davam edir

Park Cinema-da "Black Friday" davam edir
MAQAZİN
17:16 27.11.2017
1259

Park Cinema-da "Black Friday" davam edir! Burak Özçivitin iştiraki ilə keçiriləcək Qala Gecəyə 50% endirim!

Heç kimə sirr deyil ki, hər il 24 noyabr tarixində bütün dünyada Black Friday aksiyası keçirilir və bu aksiya çərçivəsində böyük endirimlərdən faydalanmaq mümkündür. Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi olan Park Cinema həmçinin bu aksiyaya qoşularaq səbirsizliklə gözlənilən "Kardeşim Benim 2" filminin möhtəşəm qala gecəsinə biletlərin qiymətinə bayram tarixləri üçün yarı qiymətinə endirim etdi! Amma bu hələ son deyil! Çosaylı istəkləri nəzərə alaraq, Park Cinema 50% endirimi 29 noyabra-dək uzadır!

Xatırladaq ki, 30 noyabr saat 19:00-da tanınmış türk aktyorları Burak Özçivit, Fahriyye Evcen və digərlərinin iştirak edəcəyi "Kardeşim Benim 2" filminin qala gecəsi baş tutacaq. 

Sevimli türk aktyorlarını səbirsizliklə gözləyən pərəstişkarlara şad xəbər. Park Cinema hər kəsə endirimdən faydalanamq fürsəti verir və artıq sevimli aktyorları görmək və onlarla ünsiyyət qurmaq hər kəs üçün əlçatandır. Standart zallarda 50 AZN dəyərində olan yerlərin qiyməti - 25 AZN, Azercell IMAX zalda ulduzlarla birgə seans 70 AZN əvəzinə - 35 AZN, ulduzlarla birgə cocktail party-də iştirak  isə 200 AZN əvəzinə 100 AZN-ə endirilmişdir. Biletləri həm online, həm də Park Cinema kinoteartlar şəbəkəsinin bütün kassalarında əldə etmək olar!

"Kardeşim Benim 2" filmi 2016-cı ilin ən çox izlənilən filmlər siyahısında yer almış "Kardeşim Benim" filminin davamıdır. Filmin premyerasından sonrakı ilk həftədə filmi iki milyondan çox tamaşaçı izləmişdir. İkinci hissədə də qardaşların sərgüzəştləri davam edir, lakin sonda onlar yenə bir araya gəlir. Gecənin qonaqlarını seans öncəsi cocktail-party və sevimli aktyorlarla film izləmək şansı gözləyir.

Qeyd edək ki, Park Cinema - Azərbaycanda müasir çoxzallı kinoteatrların ən iri milli şəbəkəsidir. Hazırda şəbəkəyə Park Bulvar, Metro Park, Zagulba Mall ticarət və əyləncə mərkəzlərində, ölkədə yeganə IMAX formatlı nümayişlərin təqdim olunduğu Flame Towers, həmçinin Masallı rayonundakı "ASAN Həyat"-da yerləşən kinoteatrlar və Amburan Beach Club-da yerləşən yay kinoteatrı daxildir.

 

Daha ətraflı:

wwww.parkcinema.az/promo

Biletlərin satışı:

https://parkcinema.az/movies/view/5357/kardesim-benim-2


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
23:46 07.07.2025
Aİ Rusiyaya qarşı son üç ilin ən sərt sanksiyalarını tətbiq etmək niyyətindədir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
23:29 07.07.2025
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
23:06 07.07.2025
Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
22:51 07.07.2025
Məhkəmə "Sputnik Azərbaycan"ın icraçı direktoru və şef redaktorunu həbsdə saxladı
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
22:46 07.07.2025
Rusiyanın bütün hava limanları uçuşları bərpa etdi
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
22:39 07.07.2025
Abşeronda partlayışda xəsarət alanlar Nərimanov Tibb Mərkəzinin Yanıq Mərkəzinə təxliyə ediliblər
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
22:26 07.07.2025
Neftçalada şəhid Camal İsmayılovun xatirəsi yad edildi, ev muzeyinin açılışı oldu - FOTOLAR
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
22:17 07.07.2025
ABŞ Koreya və Yaponiyadan idxala 25% rüsum tətbiq edəcək
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış olub, xəsarət alanlar var
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
21:43 07.07.2025
Rusiya Baş qərargah rəisinin keçmiş müavininə hökm oxunub
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
21:42 07.07.2025
Ruslan Əhmədoğlunun nəşi Bakıya gətirildi - FOTO
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
21:31 07.07.2025
Putin ordu ilə bağlı mühüm qanunu imzaladı
Şəmkirdə istixana yandı - FOTO
21:24 07.07.2025
Şəmkirdə istixana yandı - FOTO
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
21:11 07.07.2025
Ermənistan ordusunun ərazilərimizi işğal etməsi zamanı zərər çəkmiş şəxslər məhkəmədə ifadə veriblər
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
21:09 07.07.2025
Türkiyə və Rusiya XİN başçıları ikitərəfli məsələləri müzakirə ediblər
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
20:53 07.07.2025
Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq