Oktyabrın 16-da “Park Bulvar” istirahət və əyləncə mərkəzinin “Park Cinema” kinoteatrının iki yaşı tamam olur. Bu münasibətlə kinomanları bir çox sürprizlər gözləyir. Bu barədə “Azxeber.com”a Park Bulvarın piar-meneceri Günay Nəzərova məlumat verib. Həmin gün “Park Bulvar”da böyük tort kəsiləcək ziyarətçilər, tamaşaçılar qonaq ediləcək.