Parkinson xəstəliyinin müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

Parkinson xəstəliyinin müayinə və müalicəsi  icbari tibbi sığorta ilə qarşılanır
SAĞLAMLIQ
14:36 11.04.2025
361
Parkinson xəstəliyi beyin neyronlarının zədələnməsi və "ölümü” nəticəsində ortaya çıxan xroniki və proqressiv mərkəzi sinir sisteminin pozulmasıdır. Xəstəlik əsasən beyində dopamin adlı neyrotransmitterin azalması ilə əlaqədardır. Dopamin hərəkətlərin koordinasiyasında mühüm rol oynayan kimyəvi maddədir. Əsas simptom olan hərəkətlərin koordinasiyası problemləri də xüsusilə, dopaminin azalmasına, beynin dopamin istehsal edən hüceyrələrinin zədələndiyinə görə yaranır. 

Parkinson xəstəliyinin müayinəsi, fizioterapiya müalicəsi, eyni zamanda yanaşı nevroloji xəstəliklər səbəbindən ağırlaşmalar baş verdiyi halda stasionar terapevtik müalicə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır.

Xəstəliyin diaqnozu pasiyentin şikayətlərinə əsasən nevroloji müayinələr, laborator analizlər və MRT əsasında dəqiqləşdirilir. Diaqnostika həkim-terapevt, müalicə isə həkim-nevroloq tərəfindən aparılır. 

Parkinson xəstəliyi hər insanda müxtəlif formada inkişaf edə bilər. Erkən diaqnoz və düzgün müalicə həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Sözügedən xəstəliyin tam müalicəsi olmasa da, simptomları yüngülləşdirmək və nəzarətdə saxlamaq üçün müxtəlif üsullar mövcuddur. Dərman qəbulu ilə müalicəyə başlanılır, ehtiyac yaranarsa fizioterapiyaya, ağırlaşmalar zamanı isə stasionar terapevtik müalicəyə üz tutulur. Fizioterapiya ilə əzələləri gücləndirmək, tarazlığı və hərəkətlərin koordinasiyasını inkişaf etdirmək mümkün olur. 

Sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, parkinson daha çox 60 yaşdan yuxarı şəxslərdə, xüsusən kişilərdə rast gəlinir. Əsasən əl və barmaqlarda, çənədə baş verən titrəmə, bədənin müxtəlif nayihələrində gərginlik, hərəkət yavaşlığı, gündəlik işlərin icrasında ləngimə, üz mimikalarının azalması, tarazlıq və duruş pozğunluğu, ayaqda dayanmaqda, yeriməkdə çətinlik və digər simptomlarla müşahidə olunur.

Parkinson xəstəliyinin konkret səbəbi çox vaxt məlum olmur. Genetik meyillilik, ailə anamnezi, ətraf mühit - pestisidlər, herbisidlər və ağır metallar kimi toksik maddələrə uzunmüddətli məruz qalma, stres, qəza və ya travma nəticəsində beyinə dəyən zədə kimi amillər xəstəliyin yaranma səbəblərindəndir. 
Qeyd edək ki, 11 aprel Ümumdünya Parkinson Xəstəliyi ilə Mübarizə Günüdür. Parkinson xəstəliyi olan şəxslərə sağlam qidalanma, idman, meditasiya və ya digər stres azaldan fəaliyyətlərlə məşğul olmaq tövsiyə olunur. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
16:54 18.04.2025
Bakı Şəhəri üzrə Təhsil İdarəsində yeni təyinatlar
İtaliyada daşqınlar nəticəsində 3 nəfər öldü
16:47 18.04.2025
İtaliyada daşqınlar nəticəsində 3 nəfər öldü
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
16:32 18.04.2025
İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir - FOTOLAR
16:12 18.04.2025
ADNSU ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı genişlənir - FOTOLAR
İranın XİN: ABŞ ilə razılığa gəlmək mümkündür
15:54 18.04.2025
İranın XİN: ABŞ ilə razılığa gəlmək mümkündür
Sürücülərin nəzərinə! - Saat 00:00-dan bu yollar bağlanacaq
15:53 18.04.2025
Sürücülərin nəzərinə! - Saat 00:00-dan bu yollar bağlanacaq
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib - FOTOLAR
15:50 18.04.2025
Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş panel müzakirəsi keçirilib - FOTOLAR
"Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar" - Hicran Hüseynova
15:26 18.04.2025
"Azərbaycanda təbii artımda dinamikanın azaldığını müşahidə etmək olar" - Hicran Hüseynova
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
15:22 18.04.2025
lham Əliyev və birinci xanım “Sea Breeze” istirahət mərkəzinin ərazisində layihələrlə tanış olublar
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
15:12 18.04.2025
Ukraynada azərbaycanlı hərbçi itkin düşüb
Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı
15:06 18.04.2025
Türkiyədə mağazaya silahlı hücum: 1 ölü, 3 yaralı
Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
14:49 18.04.2025
Mingəçevir şəhəri fasiləsiz, keyfiyyətli içməli su ilə təmin olunur
Yelo Bank alış-veriş festivalı davam edir!
14:36 18.04.2025
Yelo Bank alış-veriş festivalı davam edir!
Türkiyədə 723 immiqrant tutuldu
14:32 18.04.2025
Türkiyədə 723 immiqrant tutuldu
Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA
14:03 18.04.2025
Səhiyyə Nazirliyindən adı siyahıda olmayan plastik cərrahlarla bağlı AÇIQLAMA
“Dünyanın 100 ən nüfuzlu insanı”nın adları açıqlandı - Siyahıda Əhməd Şara da var
13:53 18.04.2025
“Dünyanın 100 ən nüfuzlu insanı”nın adları açıqlandı - Siyahıda Əhməd Şara da var