Parkinson xəstəsinin müavinəti niyə dayanıb? - VİDEO

Parkinson xəstəsinin müavinəti niyə dayanıb? - VİDEO
SOSİAL
22:30 04.07.2026
310
Parkinson xəstəliyindən əziyyət çəkən İmişli sakini, 62 yaşlı Həsən Nəcəfov ona təyin olunmuş əlillik müavinətinin dayandırılmasından şikayətçidir.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə, Sarıxanlı kəndində yaşayan Həsən Nəcəfov uzun illərdir parkinson xəstəliyindən əziyyət çəkir.

Onun sözlərinə görə, xəstəliyi səbəbindən II qrup əlillik təyin olunub və aylıq 250 manat müavinət alıb. Zaman keçdikcə səhhəti daha da ağırlaşıb. Bununla belə, pensiyası dayandırılıb.

Hazırda yataq xəstəsi olan Həsən Nəcəfov gündəlik ehtiyaclarını belə qarşılaya bilmir.

Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, İmişli sakini Həsən Nəcəfova təyin olunan əlillik müddəti iyunun 30-da başa çatıb. Lakin onun əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı heç bir müraciəti olmayıb. Bunun üçün vətəndaş qeydiyyatda olduğu poliklinikaya müraciət etməlidir. Tibb müəssisəsi şəxslə bağlı yenidən müvafiq sənədləri elektron sistemə göndəriməlidir ki, əlilliyin qiymətləndirilməsi aparıla bilsin. Göndəriş daxil edildiyi halda qanunvericiliyə uyğun olaraq Həsən Nəcəfovun əlilliyinin təkrar qiymətləndirilməsi aparılacaq. Mövcud problemlə bağlı vətəndaşla əlaqə saxlanılaraq bu barədə ona məlumat verilib.

OXŞAR XƏBƏRLƏR