“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi

“Parla” təqaüd və inkişaf proqramına yeni qoşulan 50 tələbə qızla görüş keçirildi
SOSİAL
10:18 19.03.2026
412
Təhsilin İnkişafı Fondunun "NEQSOL Holding” ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Parla” təqaüd və inkişaf proqramının 3-cü dalğasına start verilib və proqrama yeni 50 tələbə qız qoşulub.

AZXEBER.COM xəbər verir ki, bu münasibətlə təşkil olunan görüşdə Təhsilin İnkişafı Fondu və "NEQSOL Holding” və qrup şirkətlərinin nümayəndələri, mentorlar və proqram iştirakçıları iştirak edib.

Tədbirin açılışında çıxış edən "NEQSOL Holding”in Azərbaycan ofisinin rəhbəri İmran Əhmədzadə proqramın əhəmiyyətindən bəhs edərək bildirib ki, "Parla” gənc xanımların bacarıqlarının inkişafı, peşəkar şəbəkələrinin genişləndirilməsi və özünəinamlarının artırılması üçün dəstəkləyici mühit formalaşdırır. O qeyd edib ki, proqram iştirakçılara təlimlər, mentorluq, təcrübə və digər praktiki imkanlar vasitəsilə təhsildən əmək bazarına uğurlu keçid üçün zəruri dəstəyi təmin edir.

Daha sonra Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin müdiri Rəsul Həşimov çıxışında proqramın gənc xanımların ali təhsilə çıxış imkanlarının genişləndirilməsi və onların potensialının reallaşdırılması baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, proqram yalnız maliyyə dəstəyi ilə məhdudlaşmır, eyni zamanda iştirakçıların şəxsi və peşəkar inkişafına yönəlmiş geniş imkanlar yaradır, onların yeni bilik və bacarıqlar əldə etməsinə və peşəkar şəbəkələrə inteqrasiyasına şərait yaradır.

Rəsmi çıxışlardan sonra proqramı uğurla başa vuraraq əmək fəaliyyətinə başlayan məzunlar öz təcrübələrini və uğur hekayələrini iştirakçılarla bölüşüb.

Tədbirin sonunda Təhsilin İnkişafı Fondunun nümayəndəsi Aysel Məhərrəmova tərəfindən iştirakçılar arasında tanışlıq məqsədilə interaktiv sessiya təşkil olunub.

Qeyd edək ki, "Parla” təqaüd və inkişaf proqramı artıq 3 ildir uğurla icra olunur. Proqram çərçivəsində iştirakçılar aylıq təqaüdlə təmin olunur, eyni zamanda hərtərəfli inkişaf imkanları əldə edirlər. Buraya ingilis dili və IELTS hazırlığı, yumşaq bacarıqlar və liderlik üzrə təlimlər, mentorluq dəstəyi, "NEQSOL Holding”in şirkətlərində təcrübə imkanları, həmçinin "NEQSOL Academy” vasitəsilə rəqəmsal təhsil resurslarına çıxış daxildir.

Bu günədək proqram çərçivəsində 150 tələbə qız təqaüdlə təmin edilib. Onlardan 41-i proqramı uğurla tamamlayaraq əmək fəaliyyətinə başlayıb və ya təhsilini ölkə daxilində və xaricdə davam etdirir. Hazırda yeni qoşulan iştirakçılar da daxil olmaqla, 109 nəfər proqramda iştirakını davam etdirir.

2023-cü ildə təsis edilən "Parla” təqaüd və inkişaf proqramı qısa müddətdə qızların təhsilinə dəstək üçün güclü platformaya çevrilib. 2025-ci ildə bu təşəbbüs təsir gücü, inklüziv yanaşma və uzunmüddətli baxışına görə "Böyük işəgötürənlər üçün Stevie®” mükafatlarının qızıl və gümüş kateqoriyalarına layiq görülərək beynəlxalq səviyyədə tanınıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
20:43 05.11.2026
Putin Kremldə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
20:39 05.11.2026
Bu gün Avropada bomba təhdidləri səbəbindən azı 11 aviareys istiqamətini dəyişib
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
20:32 05.11.2026
Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
20:25 05.11.2026
Türkiyədə dəhşət: Üç avtomobildə silahla vurulmuş doqquz nəfərin meyiti tapıldı - Foto
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
20:19 05.11.2026
İsrailin ən böyük ərəb bloku hökumətin qurulmasını Ayzenkota həvalə etməyi təklif edib
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
20:14 05.11.2026
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
20:10 05.11.2026
Azərbaycan Cibuti və Qvineya-Bisau ilə sosial müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:03 05.11.2026
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Sahibə Qafarova Qazaxıstana səfər edib
20:00 05.11.2026
Sahibə Qafarova Qazaxıstana səfər edib
İran Ermənistana xəbərdarlıq edib
19:48 05.11.2026
İran Ermənistana xəbərdarlıq edib
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
19:33 05.11.2026
Kodzo Taşima FIFA prezidenti postuna namizədliyini irəli sürüb
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
19:11 05.11.2026
Fransada tələbələr və həmkarlar ittifaqları etiraz edir
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
18:56 05.11.2026
Albaniyada etirazlar zamanı hüquqpozmalara görə 80-dən çox şəxs cərimələnib
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
18:34 05.11.2026
Təhlükəsizlik səbəbindən üç təyyarə Bolqarıstan aeroportlarına enib
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
18:22 05.11.2026
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR
18:21 05.11.2026
Tikinti və inşaat materialları sektorunun axşam ziyafəti keçirildi - FOTOLAR