Parlament spikerinin qardaşı öldürüldü

DÜNYA
19:23 06.11.2012
1166
Suriyanın paytaxtı Dəməşq şəhərindəki Maydan məhəlləsində Suriya parlamentinin spikeri Cihad əl-Ləhəmin qardaşı Məhəmməd əl-Ləhəm öldürülüb.
"Suriya" telekanalının verdiyi verdiyi xəbərə görə, şəhərə sızmış terrorçular tərəfindən törədilmiş bu cinayət əsasən ölkə rəhbərlərinin qohumları və ailə üzvlərini hədəf aldığından, əsas məqsəd hökumət arasındakı inamı sarsıtmaqdan ibarətdir.
"Əl-Vətən" xəbərlər xidmətinin yaydığı xəbərdə isə paytaxt ətrafında gedən döyüşlərin getdikcə qızışdığı bildirilir. Bu döyüşlərdə müxaliflərin 120 silahlısının öldürüldüyü də gələn xəbərlər arasındadır.

OXŞAR XƏBƏRLƏR