Parlamentin iclasında maraqlı hadisə - Deputatlar səhv düyməni basdılar

Parlamentin iclasında maraqlı hadisə - Deputatlar səhv düyməni basdılar
SİYASƏT
12:41 01.05.2018
3979
Milli Məclisin bugünkü növbəti iclası başlayan kimi maraqlı hadisə yaşanıb.
 
AZXEBER.COM-un Modern.az-a istinadən məlumatına görə, spiker Oqtay Əsədov deputatları qeydiyyatdan keçməyə və gündəliyi təsdiqləməyə çağırıb. 

Bu zaman deputatlardan 10 nəfər düyməni səhv basaraq, gündəliyin əleyhinə səs veriblər. Bu, spikerin maraqlı reaksiyasına səbəb olub və gülərək deputatları yenidən səsverməyə çağırıb. Gündəlik səsə qoyularaq qəbul edilib.
OXŞAR XƏBƏRLƏR