Partiya üzvlərinin sayı 80 milyonu ötdü

Partiya üzvlərinin sayı 80 milyonu ötdü
Bütün Xəbərlər
11:53 24.06.2011
1295

ÇKP Mərkəzi Komitəsi Təşkilatlanma Bürosunun sədr müavini Vang Çinfengin verdiyi məlumata görə, keçən ilin sonundan ÇKP-nin üzvlərinin sayı 80 milyon 269 min olub. Partiyaya üzv olmaq üçün 21 milyon 17 min müraciət daxil olub. Bu rəqəm ötən illə müqayisəd 861 min çoxdur.
Məlumata görə ÇKP üzvlərinin 18 milyon 30 mini qadın, 5 milyon 338 mini etnik azlıqlardır. Üzvlərdən 6 milyon 812 mini partiya və dövlət müəssisələrində çalışırlar.
1921-ci ildə 50 üzv ilə qurulan ÇKP-nin üzv sayı Çin Xalq Respublikasının qurulduğu 1949-ci ildə 4,5 milyona çatmışdı.

 

OXŞAR XƏBƏRLƏR