Partiya sədri: 'Azərbaycanlı məmurun istirahət otağında lüt müğənni gördüm'

Partiya sədri:
Bütün Xəbərlər
20:48 16.01.2013
3235

“Aydın məsələdir ki, bu gün şadlıq saraylarının müdirləri hərəsi bir müğənni saxlayır. Ümumiyyətlə, pullu kişilər müğənni sevgililərinin olması üçün telekanallara pul tökür. Onlar bununla öyünür. Məşhur müğənnilərin hamısının arxasında məmur məşuqu dayanır. Mən məmurun istirahət otağında lüt müğənnini öz gözümlə görmüşəm. Amma həmin müğənnilər efirdən camaata əxlaq dərsi keçir».Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında müğənniləri «ağ yuyub, qara sərdi:

“Belə müğənnilər və məmurlar xalqın adına ləkədir. Keçən dəfə görürəm ki, saytların birində müğənni qadın lut şəkillərini yerləşdirib. Biabırçılıqdır, mentalitetimiz əzab çəkir belələrindən. Çoxlarının müxtəlif cinayət işlərində barmaqları var, amma pul hər şeyi batırır. Hər kəs bilir ki, Elşad Abdullayevin videosunda Mətanət İsgəndərlinin də adı hallanıb. Amma bunu heç araşdıran da yoxdur”.Mənbə: publika.az

OXŞAR XƏBƏRLƏR