Partiya sədri: ‘Elçibəy Kələkidən Arzu Səmədbəylini xəyanət üstündə qovmuşdu’ – AÇIQLAMA

Partiya sədri: ‘Elçibəy Kələkidən Arzu Səmədbəylini xəyanət üstündə qovmuşdu’ – AÇIQLAMA
Bütün Xəbərlər
12:49 14.12.2012
1622

“Elşad Abdullayevin söylədiklərində bəzi həqiqətlər var”

Bu sözləri AZXEBER.COM-a açqılamasında Müasir Musavat Partiyasının başqanı Hafiz Hacıyev söyləyib. O, ötən gün ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sosial şəbəkələrdə yaydığı yeni videoda Müsavat Məclisinin sədri Arzu Səmədəylinin adının hallanmasına münasibət bildirib:

“Müsavatda olanların hamısı xəyanətkar və satqındır. Elşad Abdullayevin söylədiklərində bəzi həqiqətlər var. Arzu Səmədbəyli də İsa Qəmbər kimi xəyanətkarın biridir. Yadınıza gəlirsə o vaxtlar rəhmətlik Əbülfəz Elçibəy Kələkidə Arzu Səmədbəylini xəyanət üstündə qovmuşdu. Bu hamının gözü qarşısında başverən hadisə olub. Bu gün isə çox mötəbər dairələrdən Arzu Səmədbəylinin və İsa Qəmbərin dairəsinə 100 min manat pul gəlir. Videoda Eşad Abdullayev niyə bizim adımızı deyil, onların adını çəkir? Çünki onlar Müsavatın satqınlarıdır. Əsas Müsavat ideologiyalarına sadiq olan bizim partiyadır. Arzu Səmədbəylinin özü həmişə xarici kəşfiyyata işləyən adam olub. Bu gün də çox gözəl yaşayırlar. İndi məndə elə faktlar var ki, onları mətbuata açıqlamaq istəmirəm. Biz Arzu Səmədbəyli ilə qohum olsaq da düzü gərək deməyi bacarasan”.

Qeyd edək ki, Arzu Səmədbəyli bundan öncə mətbuata verdiyi açıqlamada, videoda adının hallanmasının Elşad Abdullayevin oyunu olduğunu söyləyib.

Əfsələddin Ağalarov  

OXŞAR XƏBƏRLƏR