Partiya sədri: 'Lorin İctimai Palata ilə müqavilə bağlayıb'

Partiya sədri:
Bütün Xəbərlər
00:24 29.05.2012
2001
Ölkəmizin ev sahibliyi etdiyi”Evrovision” yarışması sona çatsa da ətrafındakı söz-söhbətlər hələ də səngimək bilmir. Ələxsus da qalib ölkənin təmsilçisi Lorinin yarışma öncəsi səsləndirdiyi siyasi fikirlər bir sıra mülahizələrə yol açıb. Mövzu ilə bağlı AZXEBER.COM-a açıqlama verən Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin münasibəti də özünəməxsus olub: “Məncə Lorinin qələbəsi məntiqli idi. O mənada kı, İsveç təmsilçisi həqiqətən son dərəcə ciddi bir ifaçıdır. Öz səhnə performansını da inanılmaz peşəkarlıqla sərgilədi. Və, əgər xatırlayırsınızsa yarışma öncəsi ən şanslı namizəd kimi bütün diqqətlər də məhz onun üzərinə yönəlmişdi. Bax elə proses də həmin andan başladı. Bəlli qüvvələr Azərbaycan haqqında tamamən məlumatsız birini siyasi açıqlamalar verməyə təhrik etdilər. Ona müxtəlif videolar, fotolar təqdim edərək birtərəfli, qərəzli rəy yaratdılar. Müxalif liderlərin iştirakı ilə düzənlənən mətbuat konfransında da öncədən hazırlanmış provokasion suallar ortaya atıldı. Bununla da belə bir fon yaratmağa çalışdılar ki, guya Lorin Azərbaycanla bağlı siyasi iradə nümayiş etdirir. Hətta mən eşitdiyimə görə səfir də bu məsələdə xüsusi canfəşanlıq edib. Bütün bu söylədiklərimdən daha heyrətamiz məqam isə müxalifətin İsveç təmsilçisi ilə bağlı təqdimatı idi. Bircə o qalmışdı desinlər ki, Lorin İctimai Palata ilə müqavilə bağlayıb. Və, inanın, Lorindən çox yox, bir azca üz alsaydılar buna belə gedərdilər. Halbiki bu yarışmada ümumilikdə 40-dan çox iştirakçı olub. Sual edirəm: Niyə məhz Lorin? Niyə tutaq ki, Makedoniya, İsrail, Moldova təmsilçisi ilə deyil, məhz Lorinlə təmasa girməyə cəhd edildi? Əslində sual ritorikdir. Cavabı da gün kimi aydındır: Şanslı idi, ona görə.
OXŞAR XƏBƏRLƏR