Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Razi Nurullayev deputatlığa namizədliyini irəli sürüb.
AZXEBER.COM xəbər verir ki, tanınmış siyasətçinin namizədliyi 79 yaşlı İmişli seçki dairəsindən qeydə alınıb.
Ancaq maraqlıdır ki, MSK-nın rəsmi saytında Razi Nurullayevin işsiz olduğu yazılıb.
AZXEBER.COM bu mövzuya aydınlıq gətirmək üçün partiya sədri ilə əlaqə saxlayıb.
O deyib ki, partiyası rəsmi qeydiyyata alınmadığı üçün işsiz olaraq qeyd olunub: "Mən rəhbəri olduğum Azərbaycan Xalq Cəbhəsi Partiyası rəsmi olaraq qeydiyyata alınmayıb. Bu səbəbdən də işsiz olaraq qeyd olunmuşam. Əsas odur ki, insanlar məni tanıyır".