Partiya sədrindən sərt açıqlama: 'Onun hələ də Ceyhun Osmanlıya bağlı olduğunu düşünənlər ...'
Bütün Xəbərlər
11:35 15.08.2012
1248
Son günlər “İrəli” İctimai Birliyinin adı ətrafında gedən müzakirələr medianın əsas manşet xəbərlərindən birinə çevrilməyi bacarıb. İctimai-siyasi sektorda qərarlaşan bir çox tanınmış insanın məsələyə münasibəti isə bu miqyası get-gedə bir az da artırmaqdadır. Azərbaycan Demokratik Maarifçilik Partiyasının gənc sədri Elşən Musayevin eyni adlı mövzu ilə bağlı AZXEBER.COM-a verdiyi açıqlama da çox güman ki, həmin kontekstdə səssiz-sədasız ötüşməyəcək…“Bu iğtişaşlar, qarşılıqlı atmacalar, yersiz ittihamar mənim üçün o qədər tanış və “doğma”mənzərədir ki, həmin dırnaq arası doğmalığı bir açıqlama ilə ifadə etmək sözün bütün anlamlarında çətindir. Çünki, illərdir həm müxalifət həm də iqtidar cəbhəsinin gənclər sektorunda formalaşan həmin neqativ ənənə nə təəssüf ki, artıq president halını almağa doğru gedir. Bu faktın isə ağlı başında olan hər kəsdə ikrah doğurduğuna adım qədər əminəm. Nə olursan ol, kim olursan ol, ortada mütləq bir qəmbərqulun, arxanca daş atanın tapılacaq. Amma çox şükür , həmin qəmbərquluların atdıqları daşlar, elə adlarının da hikmətinə uyğun olaraq qəmbər daşından o yana keçmir, Özləri və ağılları boyda olur. Fəqət sadə bir fərqlə: Bir yerdə qəmbər böyük hərflə yazılır, digər yerdə balacayla…“İrəli”ni ittiham edənlər və onun hələ də Ceyhun Osmanlıya bağlı olduğunu düşünənlərdən isə tək bir xahişim var: İnternetdə 5-10 saniyələrini sərf edərək həmin o yuxarıda ittiham etdikləri adları yazıb qısa bir axtarış versinlər. Və mümkünsə yanaşı olaraq öz adlarını da əlavə etməyi unutmasınlar ki, ortada olan fərq daha aydın sezilə bilsin. Amma unutmadan bir şeyi də xatırladım: “Anonim”adı həmin axtarış sistemində təxminən “Nə var nə yox" kimi qəbul olunur. Yəni qeyd edəcəkləri imzanı bu qədər ümumiləşdirib komputerin başınsan tüstü çıxarmasınlar, mümkünsə bir balaca konkretliyə getsinlər…Bu dediyim hərəkət onlar üçün hər nə qədər yad olsa da…Və nəhayət! Kimlərinsə qəbul və ya həzm edib-etməməsindən asılı olmayaraq, “İrəli” artıq ictimai brenddir. Bu təşkilat qərarlaşdığı sektora öz yağlı imzasını qoyub, möhürünü vurub, yüzlərlə layihəni gerçəkləşdirib və ən nəhayət bir çox “girdirmə” həmkarlarından fərqli olaraq dövlətinin, xalqının, Prezidentinin müdafiəsində ən səmimi şəkildə dayanıb. Eyni uğurlu fəaliyyətin bundan sonra da sərgilənəcəyinə isə zərrə qədər də olsa şübhəmiz yoxdur!