Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq

Partlayış səsləri eşidiləcək - Əhaliyə xəbərdarlıq
SOSİAL
09:09 13.04.2026
352
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
OXŞAR XƏBƏRLƏR