“PAŞA Bank”ın yeni sədri kimdir?– Məlumat

“PAŞA Bank”ın yeni sədri kimdir?– Məlumat
Bütün Xəbərlər
13:30 29.06.2015
3098
2015-ci il iyulun 1-dən “PAŞA Bank” ASC-nin sədri vəzifəsinə hazırda bankın İdarə Heyətinin üzvü Taleh Kazımov təyin olunub.
AZXEBER.COM  xəbər verir ki, bankdan Trend-ə verilən məlumata görə, bu qərar Müşahidə Şurası tərəfindən 2014-cü il yanvar ayında qəbul edilib və korporativ idarəetmənin yeni metodudur: “Qərara əsasən, “PAŞA Bank”-ın hazırda fəaliyyətdə olan sədri Fərid Axundov bankın Müşahidə Şurasının üzvü təyin olunub”.
Yeni sədr 11 sentyabr 1983-cü ildə anadan olub. Ali təhsilini 2000 - 2004-cü illərdə Azərbaycan Texniki Universitetinin "Avtomatika və hesablama texnikası" fakültəsində alıb. 2006-cı ildə MBA dərəcəsi alıb (Azərbaycan Dövlət Neft Akademiyası).
Peşəkar fəaliyyətə 2001-ci ildən başlayıb. 2007-ci ildən Taleh Kazımov "PASHA Bank"-da Risklərin İdarəedilməsi Departamentinin meneceri vəzifəsində işləməyə başlayıb, 08.2009-ci ildən isə Bankın Xəzinədarlıq Departamentinin direktoru vəzifəsini tutur. Taleh Kazımov 07.12.2011-ci ildən "PASHA Bank"-ın İdarə Heyətinin üzvü seçilib.
OXŞAR XƏBƏRLƏR